İstifadəsinə göstərişlər:
Preparat böyüklərə və uşaqlara, körpələr daxil olmaqla preparata həssas olan mikroorqanizmlərin törətdiyi aşağıdakı infeksion xəstəliklərin müalicəsi üçün təyin olunur:
xəstəxanadaxili pnevmoniya,
mukovissidozlu ağciyər və tənəffüs yollarının infeksiyaları,
bakterial meningit,
xroniki irinli orta otit,
bədxassəli xarici otit,
ağırlaşmış sidik yollarının infeksiyaları.
Əks göstərişləri:
Seftazidimə, sefalasporinlərə və ya preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklər və bədən kütləsi > 40 kq olan uşaqlar
Mukovissidozlu ağciyər və tənəffüs yollarının infeksiyaları hər 8 saatdan bir 100-150 mq/kq/gün, maksimal gündəlik doza 9 q1.
Febril neytropeniya hər 8 saatdan bir 2 q
Xəstəxanadaxili pnevmoniya
Bakteriyal meningit
Bakteriemiya
Sümük və oynaqların infeksiyaları hər 8 saatdan bir 1-2 q
Dərinin və yumuşaq toxumalarının ağırlaşmış infeksiyaları
Ağırlaşmış qarın boşluğunun infeksiyaları.
Doza həddinin aşılması:
Simptomları
Doza həddi aşıldıqdanevroloji ağırlaşma, o cümlədən ensefalopatiya, qıcolmalar və koma ilə nəticələnə bilər.
Müalicəsi
Seftazidimin qanda səviyyələri hemodializ və ya peritoneal dializ vasitəsilə azaldıla bilər.
Əlavə təsirləri:
Çox tez-tez - bəzən tezliyində olan əlavə təsirlərin tezliyini müəyyən etmək üçün geniş klinik tədqiqatların məlumatları istifadə olunmuşdur. Bütün digər əlavə təsirlərə aid edilən tezliklər əsas etibarilə satışdan sonra əldə olunan məlumatları istifadə etməklə müəyyən olunmuşdur və həqiqi tezliyə deyil, məlumat vermə tezliyinə istinad edir.
Rəylər (0)