İstifadəsinə göstərişlər:
Preparat böyüklərdə və uşaqlarda (yenidoğulmuşlar daxil olmaqla) yerli simptomatik müalicə və ağrıkəsici vasitə kimi aşağıdakı xəstəliklərdə istifadə olunur:
- Kəskin orta otot.
- Qripdən sonra ağırlaşmış otit.
- Barotravmatik otit.
- Posttravmatik otit.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
- Təbil zarının perforasiyası.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Təbil zarı zədələnmədiyi halda preparatı hamiləlik və laktasiya dövründə istifadə etmək olar.
İstifadə qaydası və dozası:
Yalnız yerli istifadə üçün nəzərdə tutulub.
Aurobest-i hər xarici qulaq keçəcəyinə 3-4 damcı olmaqla gündə 2-3 dəfə damcılatmaq lazımdır. Soyuq məhlulun qulaq seyvanına toxunmaması üçün istifadədən əvvəl flakon ovucun içərisində isidilir. Aurobest-in istifadə müddəti 10 gündən çox olmamalıdır, bundan sonra təyin olunmuş dozaya düzəliş edilməlidir.
Rəylər (0)