İstifadəsinə göstərişlər:
- Moksifloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilən bakterial konyuktivit.
- Konyuktivit; itdirsəyi; blefarit; keratit; buynuz qişanın xorası; dakriostit; meybo-miit;oftalmoloji əməliyyatlardan və gözlərin travmasından sonra baş verə biləcək infeksion fəsadların profilaktikası.
Əks göstərişlər:
Dərman preparatının komponentlərindən hər hansı birinə və ya flüorxinolon qruoundan olan digər maddələrə qarşı yüksək həssaslıq.
1 yaşa qədər uşaq yaş dövrü.
Hamiləlik dövrü.
Laktasiya dövrü.
Pediatrik istifadəsi:
Moksifloksasin steril göz damcısının, bir yaşdan aşağı olan uşaqlarda təhlükəsizliyi və effektivliyi sübuta yetirilmədiyindən, 1 yaşdan kiçik uşaqlarda istifadə olunmur.
Geriatrik istifadə:
Yaşlı və cavan pasiyentlərdə preparatın təhlükəsizlik və effektivlik baxımından ümumi bir fərq müşahidə edilməmişdir.
İstifadə qaydası və dozası:
Yerli istifadə olunur. Böyüklərə və 1 yaşdan yuxarı uşaqlara 7 gün ərzində gündə 3 dəfə zədələnmiş göz(lər)ə 1 damcı damızdırılır. Adətən vəziyyətin yaxşılaşması 5 gündən sonra baş verir və bundan sonra müalicəni daha 2-3 gün davam etdirmək lazımdır. Əgər 5 gündən sonra vəziyyət yaxşılaşmazsa, diaqnozun düzgünlüyü və/və ya təyin edilmiş müalicənin məsələsini müzakirə etmək lazımdır.Müalicə müddəti vəziyyətin ağırlığından və xəstəliyin klinik və bakterioloji gedişindən asılıdır.
Rəylər (0)