İstifadəsinə göstərişlər:
Göz əməliyyatları ilə əlaqəli ağrı və iltihabın müalicəsi.
Əks göstərişlər:
Difluprednata və ya preparatın digər komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq;
buynuz qişanın və ya konyuktivanın virus mənşəli xəstəlikləri;
gözlərin mikobakterial və göbələk infeksiyaları.
İstifadə qaydası və dozası:
Əməliyyatdan 24 saat sonra başlayaraq gözün konyuktival kisəciyinə gündə 4 dəfə 1 damcı təyin edilir və əməliyyatdan sonrakı ilk 2 həftə ərzində gündə 2 dəfə davam etdirilməlidir. Zədələnmiş gözün konyuktival kisəciyinə 14 gün ərzində gündə 4 dəfə, bir damcı təyin edilir.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı pasiyentin müvafiq monitorinqi və müalicəsi aparılmalıdır.
Əlavə təsirləri:
Gözdaxili təzyiqin artması, arxa subkapsulyar kataraktanın yaranması, ikincili göz infeksiyaları, göz almasının perforasiyası, kornial ödem, siliar və konyuktival hiperemiya, gözlərdə ağrı, fotofobiya, konyuktival ödem, görmə itiliyinin azalması.
Rəylər (0)