İstifadəsinə göstərişlər:
EDEMA korneal ödemin müvəqqəti rahatlaması üçün nəzərdə tutulmuşdur. Eyni zamanda göz müaiyinələrində də istifadə oluna bilər.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslığı məlum olan xəstələrə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Hər 3-4 saatdan bir və ya həkimin göstərişinə uyğun olaraq zədələnmiş gözlərə 1 damcı tökülür.
Əlavə təsirlər:
İlk dəfə istifadə zamanı müvəqqəti qıcıqlanma yarana bilər.
Digər əlavə təsirlərə qızartı, ağrı, gözlərdə və ya göz ətraflarında şişkinlik, işığa həssaslıq və baş ağrısı aiddir.
Rəylər (0)