-İstifadəsinə göstərişlər:
- xroniki açıqbucaqlı qlaukoma
- gözdaxili hipertenziya
Əks göstərişlər:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq
- tənəffüs yollarının reaktiv xəstəlikləri, bronxial astma daxil olmaqla, o cümlədən anamnezdə ağciyərlərin xroniki obstruktiv xəstəliyinin ağır səviyyəsi
- sinus bradikardiyası, sinus düyününü disfunksiyası sindromu, ürək ritminin implantsız süni idarə olunması ilə ıı-ııı dərəcəli antriventrikulyar blokada, ürək çatışmazlığı, kardiogen şok
- 2 yaşa qədər uşaqlar
İstifadə qaydası və dozası:
Yalnız yerli istifadə üçün nəzərdə tutulub.
Gözlərin infeksiyasının və göz damcısının çirklənməsinin qarşısını almaq məqsədilə damcısalanın ucunun istənilən səthlə kontaktından çəkinmək lazımdır.
Böyüklərdə və yaşlılarda istifadəsi
Zədələnmiş gözün konyunktivial kisəsinə 12 saatlıq intervalla sutkada 2 dəfə 1 damcı damızdırılır.
Gözdaxili təzyiqin endirilməsi məqsədilə preparatı digər oftalmoloji preparatlarla eyni vaxtda istifadə etmək olar.Bu zaman instilyasiyalar arasında beş dəqiqəlik fasilə etmək vacibdir.
Rəylər (0)