İstifadəsinə göstərişlər:
ATROVENT inhalyasiya üçün məhlul
ATROVENT bir bronxodilatator kimi ağciyərin xronik obstruktiv xəstəlikləri o cümlədən, xroniki bronxit və emfizema ilə müşaiyət olunan bronxospazmın müalicəsində istifadə olunur.
Əks göstərişlər:
ATROVENT preparatının Atropinə, yaxud onun törəmələrinə, eləcə də, bu tibbi məhsulun hər hansı bir komponentinə qarşı yüksək həssaslığı olan xəstələrdə istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Məsləhət görülür ki, ya kəski və ya da dəstəkləyici terapiya zamanı məsləhət görülmüş gündəlik doza artırılmasın.
Xəstə xəbərdar edilməlidir ki, tənəffüsün kəski və ya tez pisləşməsi halında dərhal həkim məsləhəti lazımdır.
Aşağıdakı dozalar məsləhət görülür:
ATROVENT 0,025%-li inhalyasiya üçün məhlul (20 damcı + təxminən 1 ml; 1 damcı + 0,0125 mq susuz İpratropium bromid).
Doza həddinin aşılması:
Doza həddinin aşılması ilə əlaqəli spesifik simptomlar rast gəlinməyib.
Əlavə təsirləri:
İmmun sisteminin patologiyaları
- yüksək həssaslıq
- anafilaktik reaksiyalar
Sinir sisteminin patologiyaları
- başağrı
- başgicəllənmə
Göz patologiyaları
- dumanlı görmə
- midriaz
- gözdaxili təzyiqin artması
- qlaukoma
- göz ağrısı.
Rəylər (0)