İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
- Birincili hiperxolesterinemiya və kombinəolunmuş hiperlipidemiya, ümumi xolesterin, Xs-ASLP, apolipoprotein B və triqliseridlərin səviyyəsini azaltmaq məqsədilə ;
- Dietoterapiyanın və digər hipolipidemik müalicə metodlarının kifayət dərəcədə effekt vermədiyi zaman homoziqon ailəvi hiperxolesterinemiya zamanı ümumi xolesterin və Xs-ASLP-ni azaltmaq məqsədilə.
ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİNİN PROFİLAKTİKASI :
- Ürək-damar hadisələrinin yüksək riski olan pasiyentlərdə digər risk faktorlarının azaldılmasını yönəldilmiş tədbirlərə əlavə olaraq, əsas ürək-damar pozulmalarının profilaktikası üçün.
ƏKS GÖSTƏRİŞLƏR :
- Preaparatın komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq ;
- Aktiv mərhələlərdə olan qaraciyər xəstəlikləri ;
- İstənilən etiologiyalı qaraciyər sirrozu ;
- Naməlum mənşəli qaraciyər transaminazalarının aktivliklərinin normanın yuxarı sərhədi ilə müqayisədə 3 dəfədən çox yüksəlməsi ;
- Skelet əzələlərinin xəstəlikləri ;
- Hamiləlik və laktasiya dövrü ;
- Preparat uyğun kontrasepsiya metodlarından istifadə etməyən reproduktiv yaşda olan qadınlara təyin olunmur ;
- Yaşın 18-dən az olması ;
- Laktoza defisiti, laktozaya qarşı dözümsüzlük, qlükozanın-qalaktozanın malabsorbsiya sindromu ;
- Virusəleyhinə preparatların qlekaprevirin/pibrentasvirin hepatitın müalicəsində istifadəsi.
EHTİYATLA : alkoqolizm, anamnezdə qaraciyər xəstəliklərinin olması.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Preparat gündə 1 dəfə 10 mq-dan 80 mq-a dəyişir. Əvvəlki dozada qəbuluna başlayandan 4 həftə sonradan tez olmayaraq dəyişmək məsləhət görünmür.
Hiperxolesterinemiya: maksimal gündəlik doza 80 mq təşkil edir.
Yaşli xəstələrdə və böyrək xəstəliklərindən əziyyət çəkən xəstələrdə: preparatın dozasını dəyişməyə ehtiyac yoxdur.
Hepatit müalicəsində gündəlik doza 20 mq-dan artıq olamamalıdır.
ƏLAVƏ TƏSİRLƏRİ :
- Sinir sistemində ;
- Hiss orqanlarında ;
- Tənəffüs sistemində ;
- Həzm sistemində ;
- Allergik reaksiyalarda ;
- Sidik cinsiyyət sistemində ;
- Ürək damar sistemində.
DOZA HƏDDİNİN AŞILMASI :
Doza həddinin aşılması halları təsvir edilməmişdir. Doza həddi aşıldıqda : mədənin yuyulmas, işlədici vasitələrin qəbul edilməsi və ya aktivləşdirilmiş kömür qəbul etmək.
Rəylər (0)