Göstərişlər:
Hiperxolesterinemiya
Ürək-damar xəstəliklərinin profilaktikası
Ürək-damar xəstəliklərinin yaranma riski yüksək olan xəstələrdə ciddi ürək-damar xəstəliklərinin yaranmasının qarşısının alınması - digər risk amillərinin korreksiyasına əlavə olaraq.
Əks göstərişlər:
Atovastatinə və ya preparatın tərkibindəki köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Qaraciyər xəstəlikləri aktiv dövründə, zərdab transaminazalarının naməlum səbəblərə görə davamlı artması
Hamiləlik, laktasiya dövrü. Uyğun kontrasepsiya metodlarından istifadə etməyən, lakin potensial doğuş qabiliyyəti olan qadınlar.
İstifadə qaydası və dozası:
Ateroks tabletləri daxilə, gündə 1 dəfə qida qəbulundan asılı olmayaraq günün istənilən vaxtında qəbul edilə bilər.
Ateroks preparatı ilə müalicəyə başlamazdan əvvəl xəstəyə standart hipolipidemik pəhriz tövsiyə edilməlidir və bu pəhriz müalicə müddətində davam edilməlidir.
Preparatın dozası gündə 1 dəfə 10-80 mq təşkil edir.
Rəylər (0)