İstifadəsinə göstərişlər:
Asperidon ürəkbulanma və qusma kimi simptomların yüngülləşdirilməsi üçün istifadə edilir.
Əks göstərişlər:
Aşağıdakı hallarda domperidonun qəbulu əks göstərişdir:
Preparatın təsiredici maddəsinə, Köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq;
Hipofizin prolaktin-sekresiyaedici şişi;
Mədə motorikasının stimullaşdırılmasının zərərli ola biləcəyi hallar:
mədə-bağırsaq qanaxması, mexaniki obstruksiya və ya perforasiya.
İstifadə qaydası və dozası:
Domperidon peroral yolla yeməkdən əvvəl qəbul edilməlidir. Yeməkdən sonra qəbul edildiyi halda, preparat bir qədər ləng sorulur.
Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat doza qəbul edilməməlidir.
Dozalanması:
Böyüklər və yeniyetmələr:
Gündə 3 dəfəyədək 10 mq.
Əlavə təsirləri:
İmmun sistemində baş verən pozğunluqlar
Çox nadir: allergik reaksiyalar, o cümlədən anafilaktik reaksiya, anafilaktik şok və angiödem.
Doza həddinin aşılması:
Simptomları
Doza həddinin aşılması halları əsasən südəmər körpələrdə və uşaqlarda qeydə alınmışdır. Doza həddinin aşılmasının simptomları həyacan, şüurun pozulmaları, qıcolmalar, yuxululuq reaksiyaları ola bilər.
Müalicəsi
Mədənin yuyulması eləcə də aktiv kömürün qəbulu faydalı ola bilər.
Rəylər (0)