İstifadəsinə göstərişlər:
- ilkin və residiv verən genital herpes də daxil olmaqla, dəri və selikli qişaların sadə herpes virusu tərəfindən törədilmiş infeksiyalarının müalicəsi
- immun funksiyası normal olan pasiyentlərdə sadə herpes virusu tərəfindən törədilən infeksiyaların residivlərinin profilaktikası
- immunçatışmazlığı olan pasiyentlərdə sadə herpes virusu tərəfindən törədilən infeksiyaların profilaktikası
- suçiçəyi virusunun və kəmərləyici dəmrov virusunun törətdiyi infeksiyaların müalicəsi
Əks göstərişlər:
Asiklovirə, valasiklovirə və ya preparatın tərkibinə daxil olan hər hansı komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Həmişə həkiminiz təyin etdiyi qaydada qəbul edin.Əmin olmadıqda, həkiminizlə və ya əczaçı ilə qəbul qaydasını bir daha dəqiqləşdirin.Preparat daxilə istifadə üçün nəzərdə tutulub.
Rəylər (0)