Göstərişlər:
Birincili və ikincili karnitin çatışmazlığının müalicəsi.
Hemodializdə olan xəstələrdə ikincili karnitin çatışmazlığı.
Hemodializdə olan xəstələrdə ikincili karnitin çatışmazlığına şübhə bu hallarda olur:
- Hemodializ zamanı hipotenziv epizodlar və ya güclü və təkrarlanan əzələ spazmları
- Həyat keyfiyyətinə mənfi təsir göstərən energetik çatışmazlıq
- Miopatiya və əzələ zəifliyi
- Kardiopatiya
- Eritropoetin müalicəsinə tabe olmayan və ya yüksək dozada eritropoetin tələb edən anemiyalar
- Əzələ kütləsinin itirilməsi.
Əks göstərişlər:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
Digər dərmanlarla qarşılıqlı əlaqəsi və digər əlaqə növləri
Qlikokortikoidlərlə eyni vaxtda istifadəsi levokarnitinin toxumalarda toplanmasına səbəb olur. Digər anabolik vasitələr preparatın effektini artırır.
İstifadə qaydası və dozası:
Preparatı 2-3 dəqiqə müddətində, çox yavaş sürətlə vena daxilinə yeridirlər.
Anadangəlmə metabolizm pozulmaları zamanı istifadə:
Müalicə müddətində həm plazmada, həm sidikdə karnitin və asil-karnitinin səviyyəsini tənzimləmək lazımdır.
Lazım olan doza metabolizm pozulmasının spesifikasından və ağrılıq dərəcəsindən asılıdır.
Kəskin dekompensasiya hallarında tövsiyyə olunan doza - gündə 100 mq/kq 3-4 dəfəyə yeridilməlidir.
Tələbat olarsa, daha yüksək dozalar istifadə oluna bilər, lakin bu zaman yan təsirlər, xüsusilə diareya halları arta bilər.
Hemodializdə olan xəstələrdə ikincili karnitin çatışmazlığı:
Askarnitlə müalicədən əvvəl qanda karnitin səviyyəsini yoxlamaq lazımdır.
İkincili karnitin defisiti diaqnozu ya asilkarnitinin plazmadakı sərbəst karnitinə olan nisbəti 0.4-dən çox olduqda, ya da sərbəst karnitinin konsentrasiyası 20 mkmol/l-dən az olduqda qoyulur.
2 qr dozanı hər dializ seansının sonunda vena daxilinə şırınqa ilə yeritmək lazımdır. Ümumi reaksiyanı plazmada asilkarnitin və sərbəst karnitin səviyyələrinin monitorinqi və ya xəstənin vəziyyətinin qiymətləndirilməsi ilə yoxlamaq lazımdır. Əzələ toxumasında və kardiomiositlərdə karnitin səviyyəsinin normallaşması qanda karnitinin normal konsentrasiyaya çatmasından 3 ay sonra baş verir. Əgər karnitinin yeridilməsi dayandırılsa, onun səviyyəsi enməyə başlayacaq.
Hemodializ - saxlayıcı müalicə:
Levokarnitinin zənginləşdirici venadaxili müalicə kursundan sonra gündə 1 qr peroral - saxlayıcı doza tətbiq edilir.
Dializ olunan gün Askarnit venadaxili 1 qr hər seansın sonunda yeridilir.
Uşaqlar:
Preparat uşaqlara ilk gündən, o cümlədən yarımçıq doğulmuşlara istifadə olunur.
Rəylər (0)