İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Asetilsisteini qatı bəlğəmi durulaşdırmaq məqsədi ilə istifadə edirlər.
- Bronx və ağ ciyələrin kəskin və xroniki xəstəliklərində ( pnevmoniya, bronxit, emfizema, traxeobronxit, xroniki
astmatik bronxit, vərəm, bronxoektaziya );
- Atelektaz;
- Ürək damr və ağciyər əməliyyatlarından sonra, ağciyər ağırlaşmaları zamanı;
- Ağciyər toxumasını sərbəst radikalların zədəliyini təsirindən qorumaq məqsədilə;
- Parasetamolla zəhərlənmə zamanı qaraciyər çatışmazlığının qarşısını almaq məqsədilə.
ƏKS GÖSTƏRİŞLƏR:
Asetilsisteinə yüksək həssaslıq.
ƏLAVƏ TƏSİRLƏRİ:
Qastrointensial sistemə-qusma, ürəkbulanma, stomatit şəkilində pozğunluqlar.
Nadir hallarda allergik reaksiyalar baş verə bilər.
Gözlənilməz hallar baş verdikdə mütləq həkimə müraciət edin!
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
- Mukolitik və antioksidant kimi;
- Parenteral yeridilmə zamanı:
Böyüklərə: 300 mq/3 ml ( 10%-li məhlul ) ampulda, ə/d, v/d, gündə 1-2 dəfə 1 ampul.
Müalicə kursu xəstəliyin mərhələsindən asılı olaraq müəyyənləşdirilir.
Uşaqlarda: 300 mq/3 ml ə/d. ( dərinə ) sutkada hər kq-a 15-30 mq hesabı ilə. Bu doza iki dəfəyə yeridilir.
Müalicə kursu fərdi təyin olunur : anafilaktik reaksiyanın qarşısını almaq üçün məhlul tədricən yeridilir. Bu
məqsədlə 5%-li qlükoza və ya NaJl-in izotonik məhlulu ilə qarışdırılır.
İnhalyasiya üsulu ilə: 300 mq/3 ml ( 10%-li məhlulu ) Ultrasonik buxarlı tənəffüs aparatı ilə.
Böyüklərə: gündə 1-2 dəfə 1 amp. 5-10 gün müddətində.
Uşaqlara: gündə 2 dəfə 150 mq.
DOZA HƏDDİNİN AŞILMASI:
Yüksək dozalarda sistem istifadə zamanı, toksik əlamətlər müşahidə olunmur. Çox yüksək dozada istifadə
etdikdə sekresiya çoxala bilər. Ona görə, öskürək refleksi zəif olan şəxslərdə, mexaniki bronxoaspirasiyanın
əmələgəlmə riski var.
Hər 3 ml ampulda.
Təsiredici maddə: inyeksiya məhlulun hər 3 ml-də 300 mq Asetilsistein vardır.
Köməkçi maddələr: EDTA-nın natrium duzu, Natrium-hidroksid, distillə suyu.
FARMAKOKİNETİKASI:
Asetilsistein orqanizmdə və parenteral üsullarla ( oral, inhalyasion, ə/d, v/d, yerli ) yeridilir. Qanın zülalları ilə
50% həcmində birləşir, əsasən də ağciyər toxumasına yaxşı nüfuz edir və orada 48%-ə qədər toplanır.
Yarımparçalanma dövrü 6 saat 25 dəqiqədir. Dəyişilməmiş halda və metabolitlər şəkilində böyklərlə xaric olur.
Rəylər (0)