İstifadəsinə göstərişlər:
Xroniki hemodializ xəstələrində və erit ropoetinlə əlavə müalicə alan xəstələrdə dəmir defisitli anemiya. Digər səbəblərdən yaranan dəmir çatışmazlığı, məsələn, cərrahi əməliyyatdan əvvəl və sonra, hamiləliyin son dövrlərində və doğuşdan sonra, dəmirə qarşı dözümsüzlük, dəmirə qarşı yüksək həssaslıq, ağız vasitəsilə qəbul edilə bilinməməsi, sorulmasının pozulması və s.
Əks göstərişlər:
Asfetri inyeksiyası dəmir bolluğu, saxaroza və ya preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq, dəmir defisitli olmayan anemiyalar zamanı əks göstərişdir.
İstifadə qaydası və dozası:
Hemoqlobinin səviyyəsindən asılı olaraq həftədə 1-3 dəfə 100 mq. Tam müalicə rejimi 10 dəfəyə 1000 mq təşkil edir. Zərurət olduqda müalicəni təkrarlamaq mümkündür.
Çöküntüsü olmayan və homogen məhlul şəklində olan inyeksiya məhlulundan istifadə edilməlidir.
Doza həddinin aşılması:
Dəmirin tələbatından daha artıq dozada Asfetri inyeksiya məhlulunun yeridilməsi hemosideroza səbəb ola bilər.
Əlavə təsirləri:
Başağrısı, qusma, ürəkbulanma, başgicəllənmə, oynaqlarda ağrı, paresteziyalar, qarında və əzələlərdə ağrılar.
Rəylər (0)