İstifasdəsinə göstərişlər
Müxtəlif mənşəli ağrılı və iltihabı proseslərin simptomatik terapiyası:
-revmatoid artrid;
-ankilozlaşdırıcı spondilit;
-psoriatik artrit;
-reaktiv artrit;
-podaqra, psevdopodaqra;
-osteoartroz;
-boyunun spondiliti;
-beldə ağrı (dartılma, lümbaqo, işias, fibrozit);
-kəskin oynaq və oynaqdan kənar revmatizim (tendinit, bursit, bazu kapsuliti, sinovit).
Ağrı sindromu (o cümlədən əməliyyat sonrası və posttravmatik ağrılar, baş ağrısı, alqodismenoreya, şişlərin metastazı zamanı ağrılar).
Əks göstərişlər
-ketoprofenə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq;
-bronxospazm, astma tutmaları, rinit, asetilsalisil turşusu və ya qeyri-steroid iltihabəleyhinə vasitələrin istifadəsilə əlaqədar angionevrotik ödem və ya övrə (ağır anaflaktik reaksiyaların yaranması mümkündür);
-mədənin xora xəstəliyi, mədə-bağırsaq qanaxması, xoralanma, və ya perforasiya;
-hemorragik diatez;
-ürək çatışmazlığı;
-qaraciyər və ya böyrəklərin funksiyasının ağır pozulmaları;
-hamiləliyin III trimestri.
İstifadə qaydası və dozası
Preparat daxilə, yemək zamanı və ya yeməkdən sonra bütöv şəkildə udaraq, su ilə və ya südlə içərək qəbul edilir (mayenin həcmi 100 ml-dən az olmamalıdır).
Böyüklər üçün standart gündəlik doza 100-200 mq təşkil edir (xəstənin bədən kütləsindən və simptomların ağırlığından asılı olaraq). Ketoprofenin maksimal gündəlik dozası 200 mq təşkil edir. Gündə 200 mq dozada müalicəyə başlamadan öncə mümkün olan risk və faydanı dəyərləndirmək lazımdır. Daha yüksək dozaların istifadəsi tövsiyyə olunmur.
Yaşlı xəstələr
Yaşlı xəstələrdə əlavə təsirlərin ciddi ağırlaşmaları riskinin yüksək olması mövcuddur, bu səbəbdən QSİƏP ən qısa müddət ərzində ən kiçik dozalarda istifadə olunmalıdır. Xəstə müşahidə altında olmalıdır, müntəzəm olaraq mədə-bağırsaq qanaxma əlamətlərini yoxlamaq lazımdır.
Böyrəklərin və qaraciyərin funksiyasının yüngül dərəcədən orta dərəcəyə qədər pozulmaları olan xəstələrdə Artrokol ehtiyata istifadə olunur. Qaraciyər və böyrəklərin funksiyasının ağır pozulmaları zamanı preparat əks göstərişdir.
Əlavə təsirləri
Əlavə təsirlərinin yaranma tezliyi aşağıdakı kimi xarakterizə olunur: Əlavə təsirlər adətən tranzitor olur. Daha çox tez-tez həzm traktı pozğunluqları baş verir.
Ketoprofinin qəbulu zamanı böyüklərdə aşağıdakı əlavə təsirlər müşahidə olunmuşdur:
Qan və limfa sistemində baş verən pozğunluqlar: nadir-hemorragik anemiya; tezliyi məlum deyil-arqanulositoz, trombositopeniya, sümük iliyinin zədələnməsi, neytropeniya.
İmmun sistemində baş verən pozğunluqlar: nadir-anafilaktik reaksiyalar (anafilaktik şok daxil olmaqla).
Psixi pozğunluqlar: tezliyi məlum deyil-əhvalın dəyişməsi.
Sinir sistemində baş verən pozğunluqlar:bəzən-baş ağrısı, baş hərlənmə, yuxululuq; nadir-paresteziya; tezliyi məlum deyil-qıc olmalar, disgevziya, depressiya, çaşqınlıq, hallüsinasiyalar, halsızlıq, mürgüləmə, ənsə əzələlərinin rigidliyi, baş ağrısı, ürək bulanma, qusma, qızdırma və ya dezoriyentasiyasimptomları ilə aseptik meningit barədə məlumatlar (xüsusen anemnezindəsistem qırmızı qurdeşənəyi kimi autoimmun xəstəliklər, birləşdirici toxumanın qarışıq xəstəlikləri olan xəstələrdə).
Görmə orqanında baş verən pozğunluqlar: nadir-görmənin dumanlanması; tezliyi məlum deyil- retrobulbar nevrit.
Eşitmə və müvazinət orqanlarında baş verən pozgunluqlar: nadir-qulaqlarda küy.
Ürəkdə baş verən pozğunluqlar: tezliyi məlum deyil-ürək çatışmazlığı, ödem.
Damarlarda baş verən pozğunluqlar: tezliyi məlum deyil-hipertenziya, vazodilatasiya.
Tənəffüs sistemi, döş qəfəsi və divar aralığı orqanlarında baş verən pozğunluqlar: nadir-astma, astma tutmaları; tezliyi məlum deyil- bronxospazm (xüsusən asetilsalisil turşusu və digər qeyristeroid iltihab əleyhinə vasitələrə qarşı məlum hiperhəssaslığı olan xəstələrdə), rinitlər, qeyri-spesifik allergik reaksiyalar, təngnəfəslik.
Mədə-bağırsaq traktında baş verən pozğunluqlar: tez-tez dispepsiya, ürək bulanma, qarında ağrı, qusma; bəzən-qəbizlik, diareya, meteorizim, qastrit; tezliyi məlum deyil-kolitin və Kron xəstəliyinin kəskinləşməsi, mədə-bağırsaq qanaxması və perforasiya, qastralgiya, melena, qanlı qusma. Mədə-bağırsaq qanaxması bəzən ölümcül ola bilər, xüsusən yaşlı xəstələrdə.
Qaraciyər və öd çıxarıcı yollarda baş verən pozğunluqlar: nadir-hepatit, transmainazların səviyyəsinin yüksəlməsi, hepatit il şərtlənən zərdab bilirubinin artması; tezliyi məlum deyil- qaraciyər funksiyasının normadan kənara çıxmaları, sarılıq.
Dəri və dəri altında baş verən pozğunluqlar: bəzən-səpgi, qaşınma; tezliyi məlum deyil- fotohəssaslıq reaksiyaları, keçəlləşmə, övrə, angionevrotik ödem, bullöz səpgi, o cümlədən Stivens-Conson sindromi və toksik epidermal nekroliz, eksfoliavit müxtəlif foprmaları), hemorragik səpgi.
Böyrəklərdə və sidik çıxarıcı yollarda baş verən pozğunluqlar: tezliyi məlum deyil - böyrəklərin funksiyasının kəskin pozulması, tubulointerstisial nefrit, nefrotik sindirom, hematuriya (uzun müddət QSİƏP və diuretiklər qəbul edən xəstələrdə daha tez-tez inkişaf edir).
Ümumi xəstəliklər: nadir- qan hayxırma, menometrorragiya.
Laborator göstəricilər: ketoprofen trombositlərin aqreqasiyasını azaldır; qaraciyər fermentlərinin səviyysəsinin tranzitor yüksəlməsi; nadir-anemiya, trombositopeniya, aqranulositoz, purpura.
Doz həddinin aşılması
Simptomları: digər QSİƏP olduğu kimi, ketoprofenin doza həddinin aşılması zamanı ürək bulanma, qusma, qarında ağrılar, qanlı qusma, melena, huşun pozulması, tənəffüsün ləngiməsi, qıc olmalar, böyrəklərin funksiyasının pozulması və böyrək çatışmazlığı qeyd oluna bilər.
Müalicəsi: doza həddinin aşılması zamanı mədənin yuyulması və aktivləşdirilmiş kömür istifadəsi, simptomatik müalicə göstərişdir. Ketoprofenin MBT-na təsirini H2-reseptor antaqonistləri, proton pompası inhibitorları və PQ yardımı ilə zəiflətmək olar. Tənəffüs və ürək-damar fəaliyyətinin monitorinqi aparılmalıdır. Spesifik antidotu yoxdur, hemodializ az effektivdir.
Rəylər (0)