İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Artoksan aşağıdakı əzələ və oynaq xəstəlikləri ilə əlaqədar olan ağrı sindromunun müalicəsi üçün təyin edilir:
- revmatoid artrit, osteoartroz, radikulit, lümbaqo, işias;
- yumşaq toxumanın revmatik xəstəlikləri;
- yumşaq toxumanın və oynağın posttravmatik iltihabı.
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın istənilən komponentinə, asetilsalisil turşusuna və ya digər QSİƏP-ə qarşı yüksək həssaslıq;
- dəri örtüyünün tamlığı pozulması;
- hamiləliyin III trimestri;
- 12 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Artoksan 1-2 dəfə xaricə istifadə edilir. Təxminən 2-5 sm gel zolağı dəriyə çəkilir və yüngülcə hopdurulur. Preparatı çəkildikdən sonra əlləri yumaq vacibdir. Müalicənin müddəti göstərişdən və terapiyanın effektivliyindən asılıdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Artoksan nadir hallarda əlavə təsirlər törədir.
- immun sistem tərəfindən baş verən pozulmalar;
- dəri və dəri örtüyü tərəfindən baş verən pozulamalr;
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması az ehtimal ediləndir. Preparatın təsadüfən daxilə qəbulu zamanı yaranan əlavə effektlər tenoksikamın peroral formasında olduğu kimidir.
Rəylər (0)