İstifadəsinə göstərişlər:
- Oynaq və onurğanın degenerativ-distrofik xəstəlikləri: osteoartroz və onurğanın osteoxondrozu.
- Sınıqlar zamanı sümük döyənəyinin tez formalaşması üçün.
Əks göstərişləri:
- Preparatın özünə və ya onun hər hansı komponentinə qarşı yüksək həssaslıq.
- Qanaxmalar və qanaxmaya meyillilik
- Tromboflebitlər
- Uşaq yaş dövrü 18 yaşadək (effektivlik və həhlükəsizlik müəyyən edilməmişdir)
İstifadə qaydası və dozası:
Əzələdaxili günaşırı 100 mq. Doza yaxşı qəbul edildikdə, 4-cü inyeksiyadan sonra 200 mq-ə qədər artırıla bilər.
Müalicə kursu 25-35 inyeksiyadır. Lazım olduqda, 6 aydan sonra təkrar müalicə kursu mümkündur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi tövsiyə edilmir.
Rəylər (0)