İstifadəsinə göstərişlər:
- müxtəlif mənşəli və dərəcəli yanıqlar; donmalar;
- yataq yarası; topuğun müxtəlif mənşəli trofik xorası;
- irinli yaralar; məişət travmaları;
- infeksiyalaşmış dermatitlər, ağırlaşmış impetiqo, sadə kontakt dermatit, mikrob ekzeması; streptostafilodermiya.
Əks göstərişlər:
- sulfatiazola və ya digər sulfanilamidlərə qarşı hiperhəssaslıq;
- anadangəlmə qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı;
- yarımçıqdoğulmuş və yenidoğulmuşlarda 2 aylığa qədər.
İstifadə qaydası və dozası:
Yara təmizləndikdən və cərrahi işləndikdən sonra aseptik şərtlərə əməl etməklə, 2-3 mm qalınlıqda olmaqla, gündə 2-3 dəfə sürtülür.
Maksimal gündəlik doza - 25q.
Maksimal müalicə kursu - 60 gündür.
Doza həddinin aşılması:
Doza həddinin aşılması hallarına rast gəlinməmişdir.
Əlavə təsirləri:
Allergik dəri reaksiyaları, yerli reaksiyalar. Uzunmüddətli istifadə zamanı leykopeniya, deskvamativ dermatit yarana bilər.
Rəylər (0)