İstifadəsinə göstərişlər:
- Aripegis 15 yaş və 15 yaşından yuxarı yeniyetmələrdə və böyuklərdə şizofreniyanın müalicəsi üçün təyin edilir.
- Aripegis l tip bipolyar pozğunluqları olan pasiyentlərdə orta və ağır dərəcəli maniakal epizodların müalicəsində və əvvəlcədən maniakal epizodlar müşahidə olunan və aripiprazol ilə aparılmış müalicəyə cavab vermiş pasiyentlərdə yeni epizodların qarşısını almaq üçün təyin edilir.
-Aripegis 13 yaş və 13 yaşından yuxarı l tip bipolyar pozğunluqları olan yeniyetmə pasiyentlərdə orta ve ağır dərəcəli maniakal epizodların müalicəsi üçün göstərişdir. Müalicənin müddəti 12 həftədən çox olmamalıdır.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatin tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/ gün, sonradan 15 mq/ gün dəstəkləyi doza gündə 1 dəfə, qidadan asılı olmayaraq təyin edilir.
Aripegis preparatı 10-30 mq/ gün doza həddində effektivdir.
Gündəlik 15 mq-dan yüksək dozalarda effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi pasiyentlərdə yüksək dozada effektiv ola bilər.
Maksimal sutkalıq doza 30 mq-dan yüksək olmamalıdır.
Hamiləlik və laktasya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatı qəbul etməzdən əvvəl həkiminiz və ya əczaçınızla məsləhətləşin
Rəylər (0)