İstifadəsinə göstərişlər:
Atrofik və subatrofik rinitlərin köməkçi müalicəsi və profilaktikası üçün;
burun boşluğunun, əlavə ciblərin və burun-udlağın iltihabi xəstəliklərində, o cümlədən hamilə qadınlarda və laktasiya dövründə burunun selikli qişasının təmizlənməsi və nəmləndirilməsi üçün;
allergik və vazomotor rinitlərin kompleks müalicəsində;
payız-qış dövründə burun boşluğu infeksiyalarının profilaktikası üçün;
yuxarı tənəffüs yollarının selikli qişası davamlı olaraq zərərli təsirlərə məruz qalan insanlarda;
burun selikli qişasında yaşla əlaqəli yaranan atrofik dəyişikliklərin profilaktikası məqsədilə yaşlı insanlarda.
Əks göstərişləri:
Preparat 1 yaşdan kiçik uşaqlara tədbiq edilməməlidir. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq hallarında istifadə edilməməlidir.
İstifadə qaydası və dozası:
Köməkçi müalicə məqsədilə
1 yaşdan 7 yaşa qədər uşaqlara: gündə 4 dəfə hər burun keçəcəyinə iki püskürtmə;
7 yaşdan 16 yaşa qədər uşaqlara: gündə 4 - 6 dəfə hər burun keçəcəyinə iki püskürtmə;
16 yaşdan yuxarı yeniyetmələrə və böyüklərə: gündə 4 - 8 dəfə hər burun keçəcəyinə iki-üç püskürtmə.
Profilaktika məqsədilə
1 yaşdan 7 yaşa qədər uşaqlara: gündə 1 - 3 dəfə hər burun keçəcəyinə bir-iki püskürtmə;
7 yaşdan 16 yaşa qədər uşaqlara: gündə 2 - 4 dəfə hər burun keçəcəyinə iki püskürtmə;
16 yaşdan yuxarı yeniyetmələrə və böyüklərə: gündə 3 - 6 dəfə hər burun keçəcəyinə iki-üç püskürtmə.
Rəylər (0)