İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- burun boşluğunun, əlavə ciblərin və burun-udlağın kəskin və xroniki iltihabi xəstəlikləri;
- adenoidlər;
- əməliyyatdan sonrakı dövr;
- allergik və vazomotor rinitlər;
- payız-qış dövründə burun boşluğu infeksiyalarının profilaktikası və kompleks müalicəsinin tərkibində;
- burun boşluğu selikli qişasının quruluğu; dəyişkən mikroiqlim şəraitndə burun boşluğu selikli qişasının fizioloji xüsusiyyətlərinin saxlanılması - kondesionerləşmiş hava və ya mərkəzi isdici olan şəraitlərdə yaşayan və işləyən şəxslərdə; yuxarı tənəffüs yollarının selikli qişası davamlı zərərli təsirlərə məruz qalan insanlarda .
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 1 yaşa qədər uşaqlar.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Müalicə:
- 1 yaşdan 7 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə iki püskürtmə;
- 7 yaşdan 16 yaşa qədər: gündə 4-6 dəfə hər burun keçəcəyinə iki püskürtmə;
- böyüklərdə: gündə 4-8 dəfə hər burun keçəcəyinə iki-üç püskürtmə.
Müalicə kursu bütün hallarda 2-4 hədtə təşkil edir. Bir aydan sonra müalicə kursunun təkrarlanması məsləhət görülür.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyaların yaranması mümkündür.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması halları qeyd edilməyib.
Rəylər (0)