Anzibel-ağ rəngdən sorma pastil, bir tərəfi hamar, digər tərəfinə isəNobel logosu həkk olunmuşdur.
İstifadəsinə göstərişlər:
Anzibel- ağız və udlaq nahiyəsinin yüngül infeksiya və iltihabı hallarda yerli, keçici simptokatik yüngülləşməyə səbəb olur.
Əks göstərişlər:
Anzibel-i tərkibindəki koponentlərə qarşı yüksək həssaslığı olan xəstələr istifadə etməməlidir.
İstifadə qaydası və dozası:
Anzibel ağız və udlaq nahiyəsinə tətbiq edilir.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar 2-3 saatdan bir, 1 sorma pastiloi ağızda tam həll olana qədər saxlamalıdır. Gündəlik maksimal doza 8 sorma pastilidir. Sorma pastili çeynəmək və bütöv halda udmayın. Sadəcə ağızdan tam həll olana qədər saxlayın, çünki, Anzibel öz terapaevtik effektini yalnız ağız udlaq nahiyəsinin iltihablı sahəsi ilə uzun müddəti birbaşa kontakda olduqda göstərir.
Təsiredici maddə: 1pastilin tərkibində 5 mq xlorheksidinhidroxlorid, 4 mq benzokain, 3 mq enoksolon vardır.
Köməkçi maddələr:maqnezium-stearat, şirinləşdirici olaraq asesulfam kalium, sorbitol, bal vəlimon aromatizatoru.
Rəylər (0)