İSTİFADƏSİNƏ GÖSTƏTİŞLƏR:
Xroniki venoz xoralar.
ƏKS GÖSTƏRİŞLƏR:
-
Preparatın tərkibində olan təsiredici və ya köməkçi maddələrdən hər
hansı birinə qarşı yüksək həssaslıq;
-
Molekul quruluşu heparinlə oxşar olduğundan, ANGİOFLUKS heparin və ya
heparinoidlərə qarşı yüksək həssaslığı olan pasiyentlərə təyin edilməməlidir;
-
Hemorragik diatez.
XÜSUSİ GÖSTƏRİŞLƏR:
Xəstə preparatın qəbulu ilə bağlı bütün
suallarla mütləq həkimə müraciət etməlidir.
Preparatın inyeksiya forması natrium pəhrizində
olan xəstələrə təsir edə bilər.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
İnyeksiya üçün məhlul: gündə 1 dəfə 2 ml ( 1
ampul ) əzələ daxilinə və ya vena daxilinə yeridilir. Müalicəni 15-20 gün ərzində
etdirmək tövsiyə olunur. Müalicə kursu ildə ən azı iki dəfə aparılmalıdır. Həkimin
təyinatından asılı olaraq, dozanın həcmi və tezliyi deyişdirilə bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Yumşaq kapsullardan istifadə zamanı nadir
hallarda mədə-bağırsaq sisteminin pozğunluqları, qusma, epiqastral nahiyədə
ağrı meydana çıxa bilər.
İnyeksiya dərman formasından isitifadə
zamanı inyeksiya yerində yanma hissi yarana və hematoma baş verə bilər.
Bu əlamətlər keçiçi xarakter daşıyır. Buna baxmayaraq,
belə əlamətlər əmələ gəldikdə həkimə müraciət etmək tövsiyə olunur.
Rəylər (0)