İstifadəsinə göstərişlər:
Uşaqlarda 1 aydan 3 yaşda daxil olmaqla olan dövrdə yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının müalicəsi.
Əks göstərişləri:
Dərman vasitəsinin komponentlərinə qarşı yüksəlmiş fərdi həssaslıq. 1 aya qədər olan uşaq dövrü.
İrsi fruktoza dözümsüzlüyü.
İstifadə qaydası və dozası:
1 qəbula 10 damcı qəbul edilir.Müalicənin ilk günlərində: İlk 2 saatda hər 30 dəqiqədən bir 10 damcı, sonra qalan vaxtda yeniden 30 dəqiqə fasilə verməklə daha 3 dəfə qəbul edilir. Preparatın qəbulunun 2-ci gündən 5-ci günədək gündə 3 dəfə olmaqla hər dəfə 10 damcı qəbul edilir. Dərman vasitəsini yeməkdən kənar qəbul etmək lazımdır. Müalicənin ilk günlərində dərman vasitəsinin ilk 5 qəbulunu uşağın qidalanmaları arasında qidalanmaya və ya maye qəbuluna 15 dəqiqə qalmış təyin etmək lazımdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə anaferonun istifadə təhlükəsizliyi öyrənilməmişdir.
Rəylər (0)