İstifadəsinə göstərişlər
Böyüklərdə essensial arterial hipertenziyanın müalicəsi.
Amseril böyüklərdə arterial təzyiqin adekvat kontrolunu təmin edən dozalarda amlodipin və lizinoprilin eyni vaxtda qəbuluna alternativ qismində göstərişdir.
Əks göstərişlər
Lizinopril ilə əlaqəli
-lizinoprilə və ya hər-hansı digər AÇF inhibitoruna qarşı hiperhəssaslıq;
-anamnezdə AÇF inhibitorların qəbulu fonunda angionevrotik ödem;
-irsi və ya idiopatik angionevrotik ödem;
-şəkərli diabeti və ya böyrək çatışmazlığı olan pasiyentlərdə AÇF inhibitorlarının aliskiren tərkibli dərman preparatları ilə eyni vaxtda istifadəsi.
Amlodipin ilə əlaqəli:
-amlodipinə və ya digər dihidropiridin törəmələrinə qarşı hiperhəssaslıq;
-ağır arterial hipotenziya;
-şok;
-sol mədəciyin çıxış traktının obstruksiyası;
-kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı.
Amseril ilə əlaqəli:
-ayrı-ayrı komponentlərin istifadəsi ilə əlaqəli yuxarıda qeyd olunan bütün əks göstərişlər həmçinin Amserilə aid edilir;
-köməkçi maddələrdə hər-hansı birinə qarşı hiperhəssaslıq;
-hamiləliyin planlaşdırılması, hamiləlik və laktasiya dövürləri.
İstifadə qaydası və dozası
Tabletlər qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir, tövsiyə olunan doza- bir tablet gündə bir dəfə, maksimal gündəlik doza - bir tabletdir.
Bir qayda olaraq, təsbit dozalarda dərman vasitələrinin kombinasiyasından ibarət preparatlar xəstəliklərin başlanğıc terapiyası qismində göstəriş hesab olunur. Pasiyentlər üçün ayrıca dərman vasitəsinin tərkinbinə daxil olan hər bir komponentin effektiv dozası müəyyən olunmalıdır. Kombinasiyanın komponentlərindən hər hansı birinin dozasının dəyişdirilməsinə ehtiyac olduqda dəstəkləyici terapiya zamanı kombinasiyanın müvafiq dozalanmasını seçmək və ya dərman vasitələrinin ayrı-ayrı qəbuluna keçmək məsləhət görülür.
Əgər pasiyent Amseril tabletini qəbul etməyi unudubsa,buraxılan dozanın bərpası üçün ikiqat dozanı qəbul etmək olmaz.
Böyrəklərin funksiyası pozulmuş pasiyentlər
Böyrək çatışmazlığı olan pasiyentlərdə Amserilin optimal başlanğıc və dəstəkləyici dozasını təmin etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır. Amseril ilə müalicə zamanı böyrəklərin funksiyasını, qan plazmasında kalium və natriumun səviyyələrini nəzarətdə saxlamaq lazımdır. Böyrəklərin funksiyası ağırlaşdığı halda dərman vasitəsinin qəbulunu dayandırmaq, və düzgün seçilmiş dozalarda amlodipin və lizinopril ilə terapiyanı davam etmək lazımdır.
Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlər
Qaraciyər funksiyasının pozulmaları olan pasiyentlərdə amlodipinin xaric olması ləngiyə bilər. Yüngül və orta ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə Amserilin dozalanma rejiminə dair dəqiq tövsiyələr yoxdur, bu səbəbdən, preparatı ehtiyatla qəbul etmək və müalicənin başlanğıc mərhələlərində minimal məsləhət görülən dozadan istifadə etmək lazımdır. Qaraciyər çatışmazlığı olan pasiyentlərdə Amserilin optimal başlanğıc və dəstəkləyici dozasını müəyyən etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır. Ağır qaraciyər çatışmazlığı olan pasiyentlərdə amlodipinin farmakokinetik parammetrləri öyrənilməyib. Belə pasiyentlərə amlodipini minimal dozadan qəbuluna başlamaq və onu optimal dozaya qədər yavaş-yavaş artırmaq lazımdır.
Yaşlı pasiyentlər (65 yaşdan yuxarı)
Yaşlı pasiyentlər Amserili ehtiyatla istifadə etməlidirlər. Klinik tədqiqatlarda amlodipin və lizinoprilin effektivlik profillərində yaşla əlaqəli dəyişikliklər aşkar olunmamışdır. Amserilin optimal dəstəkləyici dozasını müəyyən etmək üçün amlodipin və lizinoprilin dozalarını ayrıca seçmək lazımdır.
Uşaqlar
18 yaşa qədər uşaqlarda Amserilin təhlükəsizliyi və effektivliyi təsdiq olunmayıb.
Əlavə təsirləri
Əlavə təsirlər aşağıda MedDRA üzrə struktur-orqanlar siniflərinə müvafiq olaraq sadalanmışdır. Hər bir kateqoriya daxilində əlavə təsirlər rastgəlmə tezliyinə görə təsnif olunmuşdur və onun azalması sırası ilə təqdim olunmuşdur. Hər bir tezlik qrupu daxilində əlavə təsirlər onların ağrılarının azalması sırası ilə təqdim olunmuşdur.
Lizinopril
Qan və limfatik sistemə: nadir - qan plazmasında hemoqlobin səviyyəsinin azalması, hemotokritin azalması; çox nadir-sümük iliyinin ləngiməsi, anemiya, trombositopeniya, leykopeniya, neytropeniya, aqranulositoz, hemolitik anemiya, limfadenopatiya, autoimmun xəstəliklər.
İmmun sisteminə: tezliyi məlum deyil - anafilaktik/ anafilaktoidreaksiyalar.
Endokrin sisteminə: nadir - antidiuretik hormonun qeyri - adekvat sekresiyası sindromu.
Maddələr mübadiləsinə və qidalanmaya: çox nadir - hipoqlikemiya.
Psixi pozğunluqlar: az-az - əhvalın dəyişməsi, yuxunun pozulması, hallüsinasiyalar; nadir - huşun dolaşması; tezliyi məlum deyil - depresiya.
Sinir sisteminə: tez-tez - başhərlənmə, başağrısı; az-az - paresteziya, vertiqo, dadbilmənin pozulması; nadir - iyibilmənin pozulması; tezliyi məlum deyil - bayılma.
Ürəyə: az-az - tezləşmiş ürəkdöyüntü, taxikardiya, mikord infarktı, yüksək riskli pasiyentlərdə ifadəli arterial hipotenziya nəticəsi olaraq ehtimal olunur.
Damarlara: tez-tez - ortostatik effektlər; az-az - Reyno sindromu, beyin qandövranı pozğunluqları, yüksək riskli pasiyentlərdə ifadəli arterial hipotenziya nəticəsi olaraq ehtimal olunur.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarına: tez-tez - öskürək; az-az - rinit; çox nadir - bronxospazım, sinusit, allergikalveolit/eozinofil pnevmoniya.
Mədə-bağırsaq traktında: tez-tez - diareya, qusma; az-az - ürəkbulanma, qarında ağrı və dispepsiya; nadir - ağızda quruluq; çox nadir - pankreatit, intestinal angionevrotik ödem.
Qaraciyərə və ödçxarıcı yollara: çox nadir - hepatit, həm hepatosellüyalar, həm də xolestatik, sarılıq və qaraciyər çatışmazlığı.
Dəriyə və dərialtı toxumalara: az-az - səpgi, qaşınma; nadir- övrə, alopesiya, psoriaz, hiperhəssaslıq/angionevrotik ödem: üzün, ətrafların, dodaqların, dilin,səs yarığının və/və ya qırtlağın angionevrotik ödemi; çox nadir - tərləmənin artması, övrə, toksik epidermal nekroliz, Stivens-Conson sindromu, multiformalı eritema, dəri psevdolimforması.
Aşağıda sadalanan siptomlardan bir və ya bir neçəsi daxil olan simptomokompleksin inkişaf etməsi hadisələri qeydə alınmışdır: bədən temperaturunun yüksəlməsi, vaskulit, mialgiya, artralgiya/artrit, antinuklear antitellərə qarşı sınaqların müsbət nəticələri, eritrositlərin çökmə sürətinin artması, eozinofiliya və leykositoz, səpgi, fotohəssaslıq və dəri tərəfindən digər dəyişikliklər.
Böyrəklərə və sidikçxarıcı yollara: tez-tez - böyrəklərin funksiyasının pozulmaları; nadir - uremiya, kəskin böyrək çatışmazlığı; çox nadir - ginekomastiya.
Ümumi pozğunluqlar və istifadə qaydası ilə şərtlənən dəyişikliklər: az-az - yorğunluq, asteniya.
Laborator və instrumental müayinələrinin nəticələrinə təsiri: az-az - qan plazmasında sidik cövhəri səviyyəsinin yüksəlməsi, qan plazmasında kreatinin səviyyəsinin artması, qan plazmasında qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi, hiperkaliemiya; nadir - qan plazmasında bilirubin səviyyəsinin yüksəlməsi, hiponatriemiya.
Klinik tədqiqatların nəticəsində alınan təhlükəsizlik üzrə məlumatlar göstərir ki, lizinopril adətən arterial hipertenziyadan əziyyət çəkən uşaqlar tərəfindən yaxşı keçirilir. Bu yaş qrupunda təhlükəsizlik profili böyüklərdə olduğu kimidir.
Amlodipin
Amlodipin ilə müalicə zamanı daha çox tezliklə rast gəlinən əlavə təsirlər yuxululuq, başhərlənmə, başağrısı, tezləşmiş ürək döyüntüsü, qandolmalar, qarında ağrı, ürəkbulanma, topuqlarda şişkinlik, ödemlər, və yorğunluq olmuşdur.
Qan və limfatik sistem tərəfindən: çox nadir - leykopeniya, trombositopeniya.
İmmun sistem tərəfindən: çox nadir - allergik reaksiyalar.
Maddələr mübadiləsi və qidalanma tərəfindən: çox nadir - hipoqlikemiya.
Psixiki pozğunluqlar: az-az - depressiya, əhvalın dəyişməsi, yuxusuzluq; nadir - huşun dolaşması.
Sinir sistemi tərəfindən: tez-tez - yuxululuq, başhərlənmə, başağrısı, az-az - tremor, disgevziya, bayılma, hipesteziya, paresteziya; çox nadir - arterial hipertenziya, periferik neyropatiya.
Görmə orqanı tərəfindən: tez-tez - görmənin pozulması
Eşitmə orqanı tərəfindən və labirint pozğunluqları: az-az - qulaqlarda cingilti.
Ürək tərəfindən: tez-tez - tezləşmiş ürəkdöyüntü; az-az - aritmiya; çox nadir - miokard infarktı.
Damarlar tərəfindən: tez-tez - qandolmalar; az-az - arterial hipotenziya; çox nadir-vaskulit.
Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanları tərəfindən: tez-tez - dispone; az-az - öskürək, rinit.
Mədə-bağırsaq traktı tərəfindən: tez-tez - qarında ağrı, ürəkbulanma, dispepsiya, bağırsaq peristaltikasının pozulmaları; az-az - qusma, ağızda quruluq; çox nadir - pankreatit qastrit, diş ətinin hiperplaziyası.
Qaraciyər və ödçıxarıcı yollar tərəfindən: çox nadir - hepatit, sarılıq, qan plazmasında qaraciyər fermentlərinin səviyyəsinin yüksəlməsi.
Dəri və dərialtı toxumalar tərəfindən: az-az - alopesiya, purpura, dəri rənginin dəyişməsi, tərləmənin artması, qaşınma, dəri səpgisi, ekzantema, övrə; çox nadir - angionevrotik ödem, multiformalı eritema, eksfoliativ dermatit, Stivens-Conson sindromu, Kvinke ödemi, fotohəssaslıq; tezliyi məlum deyil-toksik epidermal nekroliz.
Skelet-əzələ və birləşdirici toxuma tərəfindən: tez-tez - topuqlarda şişkinlik, əzələ spazmları, az-az - artralgiya, mialgiya, beldə ağrı.
Böyrəklər və sidikçxarıcı yollar;
Cinsi orqanlar və süd vəziləri;
Ümumi pozğunluqlar və istifadə qaydası ilə şərtlənən dəyişikliklər.
Rəylər (0)