İstifadə qaydasə və dozaları
Amprilan HD qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir,səhərlər qəbul edilməsinə üstünlük verilir.Ramipril/hidroxlotiazid fiksə edilmiş kombinasiyasının təyini yalnız ayrı-ayrı komponentlərin dozalarının fərdi seçimindən sonra tövsiyə edilir.Dozanı 3 həftədən az olmayan intervallarla artırmaq olar.Amprilan HD-nin adi dəstəkləyici dozası ½ tablet təşkil edir (2,5 mq ramipril və 12,5 mq hidroxlortiazid).Maksimal doza 1 tabletlərdir(5 mq ramipril və 25 mq hidroxlortiazid). Diuretiklərlə müalicə olunan pasiyentlərdə simptomatik hipotenziyanın qarşısı almaq məqsədilə Amprilan HD ilə müalicənin başlanmasından ən azı 3 gün əvvəl diuretiklərlə müalicənin dayandırılması və ya dozalarının azaldılması tövsiyə olunur.Müalicənin başlanmasından əvvəl böyrək funksiyalarını yoxlamaq lazımdır. Böyrəklərin funksional pozğunluğu zamanı dozalanma Kreatinin klirensi 0,5 ml/s-dan çox olan və ya zərdab kreatinini 265 mkmol/dən az (3 mq/100 ml) olan pasiyentlərə preparatın adi dozası təyin oluna bilər.
Əks göstərişlər
•yüksək həssaslıq (o cümlədən preparatın ayrı-ayrı komponentlərinə və ya sulfonamidlərə qarşı);
•anamnezdə AÇF inhibitorlarının istifadəsi ilə əlaqədar olaraq baş verən angionevrotik ödem,həmçinin irsi və ya idiopatik angionevrotik ödem;
•ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq-dən aşağı);
•ağır qaraciyər çatışmazlığı;
•birincili hiperaldosteronizm;
•Addison xəstəliyi;
•podaqra;
•porfiriya;
•hamiləliyin II və ya III trimestri,laktasiya dövrü.
Doza həddinin aşılması Simptomları:diurezin yüksəlməsi,AT-in aydın ifadə olunan azalması(bradikardiya ilə və ürək ritminin digər pozğunluqları ilə) , qıcolmalar,parezlər,paralitik ileus, şüurun pozulması (koma daxil olmaqla),böyrək çatışmazlığı , turşu-qələvi balansının pozulması,qanın elektrolit balansının pozulması. Müalicəsi:Pasiyent başı aşağı vəziyyətdə olmaqla üfüqi vəziyyətə gətirirlər.Yüngül hallarda mədənin yuyulması və daxilə duz məhlulunun qəbulu,daha ağır hallarda isə AT-nin stabilləşdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi göstərişdir.
Saxlanma şəraiti: 25° C-dən yuxarı olmayan temperaturda saxlamaq lazımdır.Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti:Həkim resepti ilə.
Rəylər (0)