İstifadəsinə göstərişlər:
Kəskin və orta qulaq və sinus infeksiyaları,
Tənəffüs yollarının infeksiyaları,
Sidikçıxarıcı yolların infeksiyaları,
Dəri və yumşaq toxuma infeksiyaları, periodontal toxumaların infeksiyaları daxil olmaqla,
Sümük və oynaq infeksiyaları.
Müvafiq antibakterial dərman vasitəsini seçmək üçün rəsmi rəhbərlikləri nəzərə almaq lazımdır.
Əks göstərişlər:
Preparatın təsiredici maddələrinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı, həmçinin penisillinlərə qarşı yüksək həssaslıq.
Anamnezdə digər beta-laktam preparatlara qarşı sürətli tipli ağır dərəcəli yüksək həssaslıq reaksiyaları.
Anamnezdə amoksisillin/klavulan turşusunun istifadəsi zamanı sarılıq və ya qaraciyərin digər zədələnmələri.
İstifadə qaydası və dozası:
Tövsiyyə olunan dozalar:
-25mq/3,6mq/kq/gün-dən-45mq/kq/gün-ə qədər, 2 dəfəyə bölünmüş dozada qəbul edilir.
-70mq/10mq/kq/gün-dək ikiyə bölünmüş dozalarda bəzi infeksiyaların müalicəsi üçün nəzərdən keçirilə bilər.
Rəylər (0)