İstifadəsinə göstərişlər:
Levofloksasinə həssas mikroorqanizmlərin böyüklərdə törətdiyi infeksion-iltihabi xəstəliklər:kəskin sinusit; kəskin bronxitin kəskinləşməsi; xəstəxanadankənar pnevmoniya; sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları; sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları (pielonefrit daxil olmaqla); xroniki bakterial prostatit; dəri örtüyünün və yumşaq toxumanın infeksiyası; vərəmin dərmana qarşı davamlı formalarının kompleks müalicəsi; hava-damcı yolu ilə yoluxan sibir xorasının profilaktika və müalicəsi.Amikron preparatının istifadəsi zamanı antibakterial preparatların istifadəsi üçün nəzərdə rəsmi milli tövsiyələr, eləcə də konkret ölkədə patogen mikroorqanizmlərin həssaslığı nəzərə alınmalıdır.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə və digər flüorxinolonlara qarşı yüksək həssaslıq; epilepsiya; psevdoparalitik miasteniya (myasthenia gravis) ("Əlavə təsirləri", "Xüsusi göstərişlər və ehtiyat tədbirləri" bölməsinə bax); xinolonlarla erkən müalicə aparılan zaman vətərlərin zədələnməsi; böyrək funksiyasının pozulması; hemodializ qəbul etdikdə; hamiləlik (döldə qığırdaq nöqtələrinin inkişafının zədələnməsi riskini tamamilə istisna etmək olmaz); uşaq və 18 yaşa yeniyetmələr (skeletin tamamlanmamış inkişafı ilə əlaqədar, belə ki, qığırdaq nöqtələrinin inkişafının zədələnməsi riskini tamamilə istisna etmək olmaz); laktoza çatışmazlığı, laktoza və qlükoza-qalaktoza malabsorbsiyası.
İstifadə qaydası və dozası:
Yeməkdən əvvəl və ya qida qəbulları arasındakı fasilələr zamanı, çeynəmədən, kifayət qədər maye ilə (0,5-1 stəkan) daxilə qəbul edilir.Preparatı tərkibində maqnezium və/ya alüminium, dəmir, sink və ya sukralfat olan preparatların qəbulundan ya 2 saat əvvəl, yada 2 saat sonra qəbul etmək lazımdır.Amikron preparatının qəbulu təsadüfən yaddan çıxdıqda, ötürülən dozanı dərhal qəbul etmək və sonradan preparatı adi qaydada istifadə etmək lazımdır.
Kəskin sinusit: sutkada 1 dəfə 500 mq 10-14 gün ərzində.
Xroniki bronxitin kəskinləşməsi: sutkada 1 dəfə 500 mq 7-10 gün ərzində.
Xəstəxanadankənar pnevmoniya: sutkada 1-2 dəfə 500 mq 7-14 gün ərzində.
Sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyası: sutkada 1 dəfə 250 mq 3 gün ərzində.
Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları: sutkada 1 dəfə 500 mq 7-14 gün ərzində
Pielonefrit: sutkada 1 dəfə 500 mq 7-10 gün ərzində.
Xroniki bakterial prostatit: sutkada 1 dəfə 500 mq 28 gün ərzində.
Dəri örtüyü və yumşaq toxuma infeksiyası: sutkada 1-2 dəfə 500 mq 7-14 gün ərzində.
Vərəmin dərmana qarşı davamlı formalarının kompleks müalicəsi: sutkada 1-2 dəfə 500 mq 3 aya qədər.
Hava-damcı yolu ilə yoluxan sibir xorasının profilaktika və müalicəsi: sutkada 1 dəfə 500 mq 8 həftəyə qədər.
Rəylər (0)