İstifadəsinə göstərişlər:
Tənəffüs yollarında qatı bəlğəmin əmələ gəlməsi ilə təzahür edən tənəffüs sisteminin kəskin və xroniki xəstəliklərində bəlğəmin xaric olmasını asanlaşdırmaq və öskürəyi yüngülləşdirmək məqsədilə istifadə edilir.
Əks göstərişlər:
Şərbətin təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə qarşı allergiya.
İstifadə qaydası və dozası:
Şərbət yemək vaxtı daxilə qəbul edilir.
Böyüklər və 12 yaşdan böyük uşaqlar: birinci 2-3 gün - gündə 3 dəfə 10 ml, sonradan dozanı artırmaq olar - gündə 2 dəfə 10 ml.
Uşaqlar
6 yaşdan 12 yaşa qədər - gündə 2-3 dəfə 5 ml.
2 yaşdan 6 yaşa qədər - gündə 3 dəfə 2,5 ml.
2 yaşdan aşağı - gündə 2 dəfə 2,5 ml.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı həkiminizə müraciət edin.
Əlavə təsirləri:
Tez-tez: ağız boşluğunda və boğazda azalmış həssaslıq, ürəkbulanma, dadbilmə hissinin dəyişməsi.
Bəzən: ağızda quruluq, qusma, ishal, dispepsiya və qarında ağrılar.
Rəylər (0)