İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Yüngül və orta ağır Altsheymer xəstəliyi diaqnozu qoyulmuş xəstələrdə demensiyanın simptomlarını müalicə etmək üçün istifadə olunur. Preparat yaddaşı və təfəkkür yaxşılaşdıra bilər.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın istənilən komponentinə və piperidin törəmələri kimi analoji vasitələrə qarşı yüksək həssaslıq.
UŞAQLARDA VƏ YENİYETMƏLƏRDƏ İSTİFADƏSİ:
Alzepil yalnız böyüklərə təyin edilir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Dozalanma rejimi: məsləhət görülən doza gündə 1 dəfə 5 mq-dır. 1 aydan sonra həkim dozanı 10 mq-a qədər artıra bilər. Tövsiyə olunan maksimal sutkalıq doza 10 mq təşkil edir.
İstifadə qaydası: alzepil daxilə bir qədər su ilə və yatmazdan əvvəl qəbul olunur. Preparatın qəbulu qida qəbulundan asılı deyil, çünki qida qəbulu preparatın effektinə təsir etmir.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatı sutka ərzində 10 mq-dan artıq qəbul etmək olmaz. Tövsiyə olunduğundan artıq doza qəbul edildiyi halda dərhal həkimə və ya yaxınlıqdakı xəstəxanın təcili yardım şöbəsinə müraciət etmək lazımdır.
Rəylər (0)