İstifadəsinə göstərişlər
- Yenidoğulmuşlarda, uşaqlarda və böyüklərdə ilkin və ikincili karnitin çatışmazlığının müalicəsi.
Uzun müddət hemodializdə olan və aşağıdakı simptomlar müşahidə olunan xəstələrdə ikincili karnitin çatışmazlığ:
- Güclü və davamlı əzələ spazmları, dializ zamanı hipotenziya epizodları
- Ümumi zəiflik
- Kardiomiopatiyalar
- Yüksək dozada eritropoetin tələb edən anemiya
- Əzələ kütləsinin itirilməsi.
Əks göstərişləri:
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Almiba vena və ya əzələ daxili istifadə edilir. V/d olaraq damcı üsulu və ya şırnaqla (2-3 dəq ərzində) təyin edilir.
İstifadədən əvvəl ampul 100-200ml məhlul ilə (0,9%-li Na Cl və ya 5%-li qlükoza) həll edilir. Doza və müalicə kursu göstərişdən asılı olaraq fərdi təyin edilir.
Rəylər (0)