İstifadəsinə göstərişlər:
- Həşərat dişləməsi;
- Kontakt və yerli dermatitlər
- Müxtəlif allergik vəziyyətlərdə səpgi və qaşınma
Əks göstərişlər:
Kremin tərkibindəki təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə Allerqozan məlhəmi yalnız həkim göstərişinə görə istifadə olunur.
İstifadə qaydası və dozası:
Məlhəm böyüklərin və uşaqların (südəmər dövrdən 18 yaşa qədər) zədələnmiş dəri sahələrinə gündə 2-3 dəfə nazik təbəqə ilə sürtülür. Allerqozan məlhəmi dəridə hiperkeratoz (qatılaşma, dərinin üst qatının qalınlaşması) ilə keçən xroniki dermatozlarda istifadə üçün münasibdir.
Dəriyə daha tez keçməsi və müalicəvi effektin daha tez alınması məqsədi ilə sarğı altında və ya fizio-terapevtik prosedur vasitəsi ilə istifadə oluna bilər.
Müalicənin müddəti 5-7 gün davam edir.
Rəylər (0)