İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR :
-Ot qızdırması - pollinoz ;
-Xroniki allergik rinit ;
-Allergik qaşınma ;
-Xroniki urtikariyalar.
ƏKS GÖSTƏRİŞLƏR:
-Preparatın komponentlərinə qarşı fərdi həssaslıq;
-Hamiləlik və laktasiya dövrü;
-Qalaktozaya tolerantlığın pozulması ilə müşahid olunan nadir irsi patoloqiyalarda, yaxud qlükoza-qalaktoza malabsordiyası olan xəstələrdə istifadəsi;
-Kreatinin klirensi 10 ml/dəq-dən az olan ağır dərəcəli böyrək çatışmazlığı.
İSTİFADƏ QAYDASI VƏ DOZA :
6 aylıqdan 1 yaşına qədər uşaqlara xroniki allergik rinit və ya idiopatik urtikariya zamanı: sutkada 1 dəfə 5 damcı.
1 yaşdan 2 yaşına qədər uşaqlara sutkada 10 damcı.
2 yaşdan 12 yaşa qədər uşaqlara :
Bədən kütləsi 30 kq-dan çox olan uşaqlara sutkada 2 dəfə 10 damçı.
12 yaşdan yuxarı uşaqlara və böyüklərə :sutkada 1 dəfə 20 damcı məhlul təyin edilir.
Ehtiyac olduqda 2 yerə bölmək olar.Preparatın qəbulu şam yeməyindən sonra qəbul etmək məsləhət görülür, çünki, gecələr simptomlar daha da güclənir.Müalicə müddəti prosesin ağrılığından və lokalizasiyasından asılıdır. Ot qızdırması zamanı müalicə 3-6 həfdə ərzində davam etdirilir.
ƏLAVƏ TƏSİRLƏRİ :
Preparat adətən orqanizm tərəfindən yaxşı mənimsənilir.Təsadüf hallarda aşağıdaki hallara rast gəlmək olur:
- Başagrısı, başgicəllənmə, miqren;
- Allergik reaksiyalar ;
-Angionevrotik ödəm ;
- Ödəm, qaşınma, səpgi, övrə ;
- Yuxululuq, yuxusuzluq, hallüsinasiya ;
- Güclü həyacan, depressiya, aqressiya, konvulsiya,dizgevziya, sinkope, tremor, distoniya,diskineziya ;
-Ağızda quruluq ;
-Taxikardiya.
Rəylər (0)