İstifadəsinə göstərişlər:
Tək və ya qarışıq bağırsaq parazitar xəstəliklərin müalicəsi.Klinik tədqiqadlarda Albendazol Ascaris lumbricoides (girdə qurdlar), Trichuris trichiura (tükbaş qurd), Enterobius vermicularis, Ancylostoma duodenale və Necator americanus, Taenia spp (lent şəkili) və Strongyloides stercoralis müalicəsində effektiv təsir göstərmişdir.Uşaqlarda Giardia (duodenalis və ya intestinalis və ya lyamblia) infeksiyalarının müalicəsində təsirli olduğu göstərilmişdir.
Əks göstərişlər:
Preparat albendazola və ya tərkibində olan maddələrə qarşı hiperhəssaslığı olan pasiyentlərdə istifadə edilmir.Hamiləlik və laktasiya,laktoza çatışmazlığı,laktozaya qarşı dözümsüzlük,qlükoza-qalaktoza malabsorbsiyası.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir.İki yaşdan yuxarı uşaqlarda və böyüklərdə tövsiyə olunan adi doza: 400 mq albendazol birdəfəlik qəbul edilir.Tabletləri qida ilə çeynəmək olar.1-2 yaşında olan uşaqlarda adi doza birdəfəlik 200 mq albendazol təşkil edir.1 yaşdan aşağı uşaqlarda istifadə edilməməlidir.Stronqiloidozvə ya Tenioz ilə əlaqəli ağır qarışıq infeksiya zamanı birdəfəlik doza qeyri-kafi ola bilər və preparat ardıcıl üç gün ərzində təyin oluna bilər.
Əlavə təsirləri:
Mədə-bağırsaq narahatlığı, diareya, baş ağrısı və başgicəllənmə halları barədə məlumat verilmişdir.Səpgi,qaşınma və övrə daxil olmaqla hiperhəssaslıq reaksiyalarına, qaraciyər fermentlərinin yüksəlməsinə daha az tezliklə rast gəlinir.
Doza həddinin aşılması:
Zəhərlənmə və ya doza həddinin aşılmasına şübhə olduqda ümumi prinsiplərə əsasən qusma və ya mədə yuyulması və digər simptomatik dəstəkləyici müalicə tövsiyə olunur.
Rəylər (0)