İstifadəsinə göstərişlər
A vitamini görmə prosesində əsas rol oynayır (torlu qişanın normal funksiyasını təmin edir). Hüceyrələrin, epidermisin, epitelinin, selikli qişanın artımını, regenerasiyasını, normal funksiyasını təmin edir. İnfeksiyalara qarşı orqanizmin immun sistemini möhkəmləndirir, sümük toxumasının strukturunun formalaşmasında iştirak edir, bərpa proseslərində, mayalanma və embriogenezdə əhəmiyyətli rol oynayır. E vitamini bir çox vacib proseslərdə iştirak edir, belə ki, orqanizmdə karbohidrat (məs., qlükozanın oksidləşməsini və qlikogenin parçalanması) və yağ mübadiləsində (polidoymamış yağ turşulıarının oksidləşməsini inhibə etməklə, qan dövranının tənzimlənməsində iştirak edən prostaqlandinlərin sintezinə təsir göstərir) mühüm əhəmiyyət kəsb edir.
E vitamini hüceyrə membranını və hüceyrə daxili membran strukturunu stabilləşdirir (məs., qırmızı qan hüceyrələrinin zədələnməsinin qarşısını alır).
AE NORM heriartriya, oftalmologiya (məs., kseroftalmiya hallarında, toyuq korluğu zamanı), ateroskleroz, kişilərdə hormonal pozulmalarda və cinsi inkişafın ləngiməsi, həmçinin hiperkeratoz zamanı əvəz olunmaz kompleksdir.
Əks göstərişlər
A və E vitaminlərinə və ya preparatın istənilən komponentlərinə qarşı hiperhəssaslıq.
Malabsorbsiya sindiromu: A və ya E vitaminlərinin hipervitaminozu; ağır formalı hipertenziya; qlaukoma və ya miasteniya; K vitamininin defisiti.
İstifadə qaydası və dozası
Preparat peroral qəbul olunur.
Həkim tərəfindən başqa cür nəzərdə tutulmadıqda, adətən gündə 1-2 kapsul qəbul olunur.
Əlavə təsirləri
Digər dərman vasitələrində olduğu kimi AE NORM qəbulu zamanı əlavə təsirlər müşahidə oluna bilər. AE NORM pasiyentlər teərəfindən adətən yaxşı mənimsənilir. Hər hansı bir əlavə təsir müşahidə olunarsa, həkiminizlə məsləhətləşin.
Doza həddinin aşılması
AE NORM dərman vasitəsinin uzun müddət istifadə olunması A və ya E vitaminlərinin doza həddinin aşılmasına gətirib çıxara bilər.
A vitamininin sutkalıq 30 mq qəbulu böyüklər üçün toksiki hesab olunur, uzun müddət ərzində 10 mq dozada qəbul edildikdə, doza həddinin aşılmasının simptomları yarana bilər.
Uşaqlarda sutkalıq 7.5 - 15 mq A vitamininin 30 gün ərzində qəbulu hipervitaminoza gətirib çxara bilər. Bu zaman baş ağrısı, ürək bulanma, qusma, papilloödem ( göz dibinin ödemi) , eşitmə nahiyəsində paraesteziya, görmə qabiliyyətinin pozulması (əsasən uşaqlarda kəllədaxili təzyiqin artması nəticəsində meydana çıxır), aşağı ətrafların ödemi və anasarka, əzələlərdə, sümüklərdə və oynaqlarda ağrı, əzələlərdə, dəridə və epitelidə dəyişikliklər, hiperkalsiemiya və hematoloji pozulmalar müşahidə oluna bilər. Toksiki doza nəticəsində dəri quruluğu, qıcıqlanma, dəridə çatlar, dermatid, ödem, həmçinin, əsəbilik, yorğunluq, yuxululuq 24 saat ərzində özünü göstərə bilər. Daha yüksək, uzun müddət A vitamininin toksiki dozasının qəbulu ürək - damar sistemində pozulmalar (hematoloji dəyişikliklər, anemiya, hipoprotrombinemiya, neytropeniya), mərkəzi sinir sistemində pozulmalar (nevroloji, pisixi simptomlar, serebral iflic, epilepsiya) və gingivit, qaraciyərdə pozulmalar (qaraciyər sirrozu, fibroz, portal dövranda qan dövranının və təzyiqin pozulması), görmə qabiliyyətinin pozulması (diplopiya), respirator pozulmalar, dermatoloji dəyişikliklər (alopesiya, dermatit, ekzama, eritema, qaşınma və s.), həmçinin, dərinin hiperpiqmentasiyası, osteoparoz, osteoskleroz və digər dəyişikliklər müşahidə oluna bilər.
Uzun müddət ərzində gündəlik 400 mq - dan yuxarı dozada E vitamininin qəbulu arzu olunmaz nəticələrə gətirib çıxara bilər. Sağlam böyüklər tərəfindən 1000 mq və daha yüksək doza mənimsənilir, uşaqlar və yeniyetmələr isə daha kiçik birdəfəlik dozanı mənimsəyə bilirlər. Uzunmüddətli 400 - 800 mq dozanın sutka ərzində qəbulu zamanı diareya, qarında ağrı və dgər məd- bağırsaq traktı pozulmaları, həmçinin yorğunluq, halsızlıq, bulanlıq görmə, baş ağrısı, səpgi, cinsiyyət funksiyalarının pozulmaları, həmçinin hormonlarının plazmada konsentrasiyasının azalması müşahidə oluna bilər.
Doza həddinin aşılması zamanı preparatın istifadəsi dayandırılmalı və həkimə müraciət olunmalıdır.
Preparatı gün ərzində istifadə etmək yadınızdan çıxıbsa, onu kompensasiya etmək üçün ikiqat dozanı qəbul etməyin.
Rəylər (0)