İstifadə qaydası və dozası:
Adenurik preparatı tabletlərinin tərkibinə daxil olan təsiredici maddə-febuksostatdır; preparat, orqanizmdə sidik turşusunun həddindən artıq toplanması ilə əlaqədar olan xəstəliyin-podaqranın müalicəsi üçün istifadə olunur.Bəzi insanların qanında həddindən artıq sidik turşusu vardır və həmin səbəbdən, sidik turşusunun həll olması dayanır.Bunun nəticəsində, oynaqlarda və böyrəklərdə çökən, urat kristalları əmələ gələ bilər.Bu proses, qəflətən baş verən şiddətli ağrı, oynaqların qızarması, şişməsi və oynaq temperaturunun yüksəlməsi ilə müşayiət oluna bilər.Müalicə aparılmadığı halda, ayrı-ayrı kristallar oynaqlarda oynaq ətrafinda iri yığıntıların formalaşmasına səbəb olur.Həmin tofuslar oynaqlara və sümüklərə dağıdıcı təsir göstərə bilər.
Adenurik preparatının 120 mq tabletlərin həmçinin, qanda sidik turşusunun konsentrasiyasının yüksəlməsinin müalicə və profilaktikası üçün istifadə olunur; bu vəziyyət, bədxassəli qan xəstəliklərinin müalicəsi üçün aparılan kimyaterapiyanın əvvəlində meydana çıxa bilər.
Əks göstərişləri:
Febuksostata və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı allergiya müşahidə olunduqda, Adenurik preparatını istifadə etmək olmaz.
Kimyaterapiya aparıldıqda, şiş hüceyrələrinin dağılması baş verir ki, buda sidik turşusunun əmələ gəlməsinin profilaktikası aparılmadığı halda, qanda sidik turşusunun konsentrasiyasının yüksəlməsinə səbəb olur.
Adenurik preparatının istifadəsi yalnız böyüklər üçün nəzərdə tutulur.
İstifadə qaydası və dozası:
Adenurik preparatını hər zaman həkimin tövsiyələrinə müvafiq istifadə etmək lazımdır.Suallar meydana çıxdığı halda, həkim və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Preparatın standart dozası sutkada 1 dəfə 1 tablet təşkil edir.Preparatın müntəzəm istifadəsinə nazərət məqsədi ilə,blister qablaşdırmasının əks tərəfində həftənin günləri qeyd olunmuşdur.
Adenurik preparatını daxilə, yeməkdən əvvəl, yemək zamanı və ya yeməkdən sonra qəbul etmək olar.
Hamiləlik va laktasiya dövrü:
Hamiləlik və laktasiya dövründə Adenurik preparatından istifadə etmək tövsiyə olunmur.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply