Göstərişlər:
-əsəbiliklə, emosinal dayanıqsızlıq, həyacan və qoxu ilə müşayiət olunan nevroz və nevrozabənzər vəziyyətlər.
-müxtəlif mənşəli kardialgiya.
-neyroleptiklərin əmələ gətirdiyi somatovegetativ və nevroloji əlavə təsirlərin aradan qaldırılması məqsədi ilə, onların keçiriciliyini yaxşılaşdırmaq üçün.
-tütün çəkməyə meylliyi azaladan vasitə kimi kompleks terapiyada tətbiq edilir.
Əks göstərişlər:
Preparatın aktiv və köməkçi maddələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Adaptol qida qəbulundan asılı olmayaraq daxilə qəbul edilir.
Böyüklər üçün gündə 2-3 dəfə olmaqla 300-600 mq təyin edilir.
Maksimal birdəfəlik doza 3 q, yüksək gündəlik doza-10 q təşkil edir.
Müalicə kurusunun davamlığı bir neçə gündən 2-3 aya qədərdir.
Tütün çəkməyə meyilliyi azaldan vasitə kimi kompleks terapiyada tətbiq edilir.
Preparat 5-6 həftə, gün ərzində 3 dəfə olmaqla 600-900 mq qəbul edilir.
Rəylər (0)