İstifadəsinə göstərişlər:
Abizol böyüklərdə, 15 yaş və ya 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün təyin edilir.
Əks göstərişlər:
Aktiv maddə olan aripiprazola və ya tabletin tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyüklər
Şizofreniya
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dozası saxlanılmaqla, gündə 1 dəfə, qidadan asılı olmayaraq.
Uşaqlar və yeniyetmələr
15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniya
Abizol üçün məsləhət görülən doza 10 mq/gün, sutkada 1 dəfə, qida qəbulundan asılı olmayaraq.
Doza həddinin aşılması:
Klinik tədqiqatlar və post-marketinq zamanı, təsadüfi və ya məqsədli olaraq aripiprazolun kəskin yüksək dozalanmasında 1260 mq-a qədər dozada ölüm halları müşahidə edilməmişdir.
Əlavə təsirləri:
Psixiatrik pozulmalar
Tez-tez: narahatlıq, yuxusuzluq, təşviş.
Bəzən: depressiya
Sinir sistemi pozulmaları
Tez-tez: ekstrapiramidal pozulma, akatizasiya, tremor, başgicəllənmə, yuxululuq, sedasiya, baş ağrısı.
Rəylər (0)