İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Abizol böyüklərdə, 15 yaş və 15 yaşdan yuxarı yeniyetmələrdə şizofreniyanın müalicəsi üçün təyin edilir.
Abizol bipolyar pozulmaları olan xəstələrdə orta və ağır dərəcəli maniakal epizodların müalicəsində və əvvəlcədən maniakal epizodların müşahidə olunan və aripiprazol ilə aparılmış müalicəyə cavab vermiş xəstələrdə yeni epizodların qarşısını almaq üçün təyin edilir.
ƏKS GÖSTƏRİŞLƏR:
Aktiv maddə olan aripiprazola və ya tabletin tərkibindəki hər hansı köməkçi maddəyə qarşı yüksək həssaslığı olan xəstələrə əks göstərişdir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI :
Böyüklər :
Şizofreniya
Məsləhət görülən başlanğıc doza 10 və ya 15 mq/gün, sonradan 15 mq/gün dozası saxlanılmaqla, gündə 1 dəfə, qidadan asılı olmayaraq.
Abizol 10 – 30 mq/gün doza həddinsı effektivdir.Gündəlik 15 mq-dan yüksək dozalarda effektivliyinin yüksəldiyi sübut edilməsə də, bəzi xəstələrdə yüksək dozada effektiv ola bilər : Maksimum sutkalıq doza 30 mq – dan yüksək olmamalıdır.
Rəylər (0)